Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.09.2015 09:41
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb

Sentyabrın 19-da AMEA Şərqşünaslıq İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət edib, önünə əklillər qoyaraq, əziz xatirəsini ehtiramla anıblar.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd ediblər.

Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: