www.science.az
22.09.2015 12:24

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən torpaqlarımız tədqiq olunur

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının əməkdaşları sentyabrın 9-dan Balakən  rayonunda ezamiyyətdədirlər. Akademik  Məhərrəm Babayevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının genezisi, coğrafiyası və kartoqrafiyası üzrə  çöl-tədqiqat işləri aparılır.

15 gün davam edəcək ekspedisiyada məqsəd son 40-50 ildə Böyük Qafqazın torpaqlarında gedən prosesləri müəyyən etmək, tiplərinin konturlarını dəqiqləşdirmək, adlarını beynəlxalq standartlara uyğunlaşdırmaq, antropogen təsir nəticəsində torpaqlarda baş vermiş dəyişiklikləri aşkar etmək və kompleks aqromeliorativ tədbirlər sistemini hazırlamaqdır.

Xatırladaq ki, ekspedisiya ötən illərdə Azərbaycanın Şəki rayonundan  Zaqatalaya qədər olan  ərazisini əhatə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir