www.science.az
22.09.2015 12:38

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almaniyada keçirilmiş tədbirdə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Rauf Qardaşov  sentyabrın 14-dən 18-dək Almaniyanın Hamburq şəhərində keçirilən “31-ci Avropa fotoqalvanik Günəş enerjisi və sərgisi” adlı tədbirdə iştirak edib. Dünyanın müxtəlif ölkələrindən 1500-dən  artıq tədqiqatçı-alimin bir araya gəldiyi  bu tədbir Avropa Birliyinin 31 il ərzində Günəş enerjisindən istifadə sahəsində keçirdiyi ən böyük  konfrans və sərgi idi.

Tədbirdə R.Qardaşov “Günəş avtomobilinin panelinə düşən Günəş enerjisinin modelləşdirilməsi və avtomobilin yol üzrə hərəkətinin simulyasiyasının veb applikasiyası”   ("Modelling of the solar energy falling onto the panel of solar car and web-application for simulating the car motion along the road”) adlı məruzə ilə çıxış edib.

Azərbayanlı alimin məruzəsi Almaniya, Avstriya və Niderland tədqiqatçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir