www.science.az
28.09.2015 11:09

Beynəlxalq əlaqələr idarəsinin rəisi Almaniyada elmi ezamiyyətdə olub

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev Almaniya Federativ Respublikasının Potsdam şəhərində elmi ezamiyyətdə olub.

Q. Babayev Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzində (GFZ) Beynəlxalq Litosfera Proqramının (İLP) təsis olunmasının 35 illiyinə həsr olunmuş konfransda “Azərbaycanın Şamaxı-Qobustan-Abşeron ərazilərində palçıq vulkanlarının püskürməsinə səbəb olan zəlzələ ilə əlaqədar gərginliyin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin seysmik cəhətdən aktiv və palçıq vulkanları ilə zəngin olan əraziləri barədə ətraflı məlumatların əks olunduğu məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanlı alim səfər çərçivəsində  Alessandro Tibaldi, Alexander Rudolf, Harş Qupta, Sierd Klotinq, Lüdviq Stroink, Fabiyo Bonalli və başqa tanınmış alimlərlə də görüşlər keçirib. Q.Babayev, həmçinin Düsseldorf şəhərinin Heinrich Heine Universitetinin alimləri ilə görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir