Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
11.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə ictimai elmlər sahəsindəki elmi nailiyyətləri və anadan olmasının 60 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, 2013-cü il dekabr ayının 7-də İ.Məmmədzadənin 60 yaşı tamam olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra AMEA Fəlsəfə və Hüquq İnstitutunda çalışan İ.Məmmədzadə 1980-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib.

Alimin etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə apardığı araşdırmalar hazırda da davam etdirilir.

İ.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir.

Alimin yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 10-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: