Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün modifikasiya edilmiş VIKOR metodu
09.10.2015 12:04
  • A-
  • A
  • A+

Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün modifikasiya edilmiş VIKOR metodu

Kadrların idarə olunmasında personalın qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin çoxmeyarlı xarakter daşıması, o cümlədən keyfiyyət və kəmiyyət amilləri qiymətləndirmə problemini daha da mürəkkəbləşdirir. Bu yaxınlarda institut alimlərinin personalın qiymətləndirilməsi probleminə həsr olunmuş məqaləsi “The Scientific World Journal”da (“Hindawi” nəşriyyat korporasiyası) dərc olunub.

“Modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu vasitəsilə personalın çoxmeyarlı qiymətləndirilməsi” (“Multicriteria personnel selection by the modified fuzzy VIKOR method”) adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovadır.

Məqalədə personalın qiymətləndirilməsi üçün təklif edilən qeyri-səlis VIKOR metodu orijinal qeyri-səlis VIKOR metodu ilə eksperimental müqayisə edilib. Əldə edilən nəticələrin təhlili göstərir ki, modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu hesablama mürəkkəbliyi baxımından daha effektivdir və yüksək nəticə göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: