Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyanın istənilən dilində jestlərlə ünsiyyət qurmağa imkan verən əlcək hazırlanıb
13.10.2015 11:27
  • A-
  • A
  • A+

Dünyanın istənilən dilində jestlərlə ünsiyyət qurmağa imkan verən əlcək hazırlanıb

London Universitetinin nəzdindəki Qoldsmit kollecinin (Böyük Britaniya) tələbəsi Hadil Ayub jestlər dilindən ifadələri tərcümə etməyə imkan yaradan əlcək hazırlayıb.

"Jestlər dili əlcəyi" (SignLanguageGlove) tərcüməçi-əlcək prototipi Arduino adlı quraşdırılmış mikrokompüterin köməyilə idarə olunur. Əlcəyin hər barmağında onun hərəkətini izləyən sensor quraşdırılıb.

İdarəedici blok SignLanguageGlove əlcəyinin hər beş barmağından, həmçinin əlin yerdəyişməsini izləyən akselerometrdən daxil olan məlumatları toplayır. Bütün hərəkətlər kompüter tərəfindən qeydə alınır və mövcud məlumat bazasıyla müqayisə edilir. Jestlər əsasında yığılmış mətn ekranda nümayiş etdirilir və ya qurğunun dinamiki vasitəsilə səsləndirilir.

Gələcəkdə SignLanguageGlove-un yaradıcısı əlcəyi Wi-Fi-ın köməyi ilə smartfonla sinxronlaşdırmaq niyyətindədir. Bu, SignLanguageGlove-un tərcüməçi-proqramlarla sinxron işini reallaşdırmağa imkan verəcək, jestlər dilində danışan insana praktik olaraq istənilən dildə ünsiyyət imkanı yaradacaq.

www.popmech.ru

  • Paylaş: