Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda  tədbir keçiriləcək
20.10.2015 03:26
  • A-
  • A
  • A+

“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda tədbir keçiriləcək

Oktyabrın 23-də saat 11:00-da AMEA Hüseyn Cavidin  Ev  Muzeyində Azərbaycan  Milli  Elmlər Akademiyasının 70 illik yubileyi  və Hüseyn Cavidin anadan olmasının 133-cü  ildönümü münasibəti ilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Tədbirdə “Gənc nəslin mənəvi inkişafında Hüseyn Cavid yaradıcılığının yeri və rolu”, “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində” və s. mövzular üzrə məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: