Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun alimlərinin məruzələri Koreyada keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb
23.10.2015 08:27
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun alimlərinin məruzələri Koreyada keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb

Dequ şəhərində Kenyunq Universitetinin təşkilatçılığı ilə “İpək yolunda incəsənət və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.

Konfransda Ş.Mustafayevin “Çinə göndərilən Teymuri səfirliyi və onun XV əsr Azərbaycan dilli əlyazmasında təsviri” və Fərda Əsədovun “İpək yolunun üzərində Xəzər xaqanlığı: Xəzər tacirləri və malları” mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanlı alimlər, eyni zamanda Koreyada keçirilən UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Akademik şurasının illik iclasında iştirak ediblər. İclasda institutun illik fəaliyyəti, yeni elmi proqramı və layihələri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: