Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elm və Təhsil İdarəsinin rəisi Rusiyada keçiriləcək forumda iştirak edəcək
23.10.2015 11:56
  • A-
  • A
  • A+

Elm və Təhsil İdarəsinin rəisi Rusiyada keçiriləcək forumda iştirak edəcək

25-28 oktyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində MDB alimlərinin forumu keçiriləcək. Forumda MDB ölkələrinin nüfuzlu elmi təşkilatlarından 300-dən artıq alim, habelə dövlət və hökumət nümayəndələri iştirak edəcəklər. Forumda ölkəmizi AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təmsil edəcək.

Əminağa Sadıqov Forumun plenar iclasında “Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığı: reallıq və perspektivlər” mövzusunda, dəyirmi masalarda isə “Azərbaycanda elm və innovasiyalar sahəsində islahatların əsas hədəfləri” və “Elmin populyarlaşdırılması cəmiyyətin intellektuallaşdırılmasına aparan yoldur” mövzularında məruzələrlə çıxış edəcək.

Forum çərçivəsində iştirakçılar Rusiya Federasiyasının nüfuzlu elm, təhsil və texnoloji müəssisələri ilə tanış olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: