Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb
27.10.2015 13:23
  • A-
  • A
  • A+

“Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya nəşr olunub.

Yeni nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri - texnika elmləri doktoru Ramiz AlıquliyevTəhmasib Fətəliyevdir. Elmi redaktoru texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevdir.

Ekspres-informasiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi çərçivəsində aparılan araşdırmaların nəticələri əsasında hazırlanıb.

İnstitutun elmi şurasının qərarı ilə çapa tövsiyə olunan kitabçada elektron elmin mahiyyəti, məqsəd və vəzifələri izah olunub, elektron elm sahəsində beynəlxalq təcrübə və çağırışlar, elmi-nəzəri və praktiki problemlər təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: