Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Milli Azərbaycan Tarixi Muzeyi” adlı kitab-albom çapdan çıxıb
28.10.2015 16:48
  • A-
  • A
  • A+

“Milli Azərbaycan Tarixi Muzeyi” adlı kitab-albom çapdan çıxıb

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş “Milli Azərbaycan Tarixi Muzeyi” adlı kitab-albom çapdan çıxıb. Bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlının müəllifliyi və tərtibatçılılığı ilə nəşr olunan kitabda muzeyin 95 illik fəaliyyətindən ətraflı bəhs olunur. Kitab-albomda muzeyin yaranma tarixi, onun elmi-təbliği, metodoloji və maarifçi fəaliyyət istiqamətləri, nəşrləri, şöbə və fondları, bərpa laboratoriyası, kitabxanası, müxtəlif ekspozisiyaları, səyyar və stasionar sərgiləri və s.  haqqında dolğun məlumat öz əksini tapıb.  1920-2015-ci illərdə muzeydə çalışan əməkdaşların foto-şəkilləri də kataloqda xüsusi yer tutur.

Maddi-mənəvi sərvətlərin saxlanıldığı Milli Azərbaycan Tarixi Muzeyi tarixi yaddaşımızın, mədəni irsimizin qoruyucusudur. Kitab-albomda bu zəngin məbəddə qorunan irslə yanaşı, illər boyu burada keçirilən tədbirlər, muzeyi ziyarət etmiş xarici ölkələrin səlahiyyətli nümayəndələri, dövlət başçıları, səfirlər, eləcə də muzeyə təqdim edilən xatirə əşyaları  və s. haqqında da məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: