Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.10.2015 10:20
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvandakı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olublar

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvandakı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olublar

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiyaİncəsənət, Dil və Ədəbiyyat institutlarının əməkdaşları Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olublar.

Ziyarətçilərə muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı əsasında yaradıldığı bildirilib.

Qeyd olunub ki, Şərq memarlıq üslubunda tikilmiş “Xan sarayı” XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirib. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.

Bildirilib ki, “Xan Sarayı”nın binası yenidən qurulub, bu mədəniyyət müəssisəsinin fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə verilib. 2010-cu il dekabrın 17-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olub.

Muzeyin yaradılmasının əsas məqsədi Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğidir.

Qeyd edək ki, Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: