Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi top siyahıda birinci yeri tutub
03.11.2015 13:59
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi top siyahıda birinci yeri tutub

Akademiklər Cəlal Əliyev, İradə Hüseynova və b.ü.f.d. N.F.Sultanova tərəfindən Plant Physioliology and Biochemistry (PPB) jurnalında 2014-cü ildə nəşr olunmuş “Huseynova IM, Sultanova NF, Aliyev JA. Histochemical visualization of ROS and antioxidant response to viral infections of vegetable crops grown in Azerbaijan” (Plant Physiol Biochem; 2014 Aug; 81: 26-35) adlı məqalə bu sahə üzrə çap olunan 20 top məqalə siyahısında I yeri tutub. Bu barədə Məqalələr haqda Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Keri Ernstdən məlumat daxil olub.

PPB jurnalı Elsevier nəşriyyatında çap olunur və 2.756 impakt faktora malikdir. Azərbaycanlı alimlərin məqaləsi virus patogenezi zamanı bitkilərdə yaranan sərbəst radikalların öyrənilməsinə və onların aradan qaldırılmasında antioksidant müdafiə sistemlərinin rolunun tədqiqinə həsr olunub və bu istiqamətdə mühüm nəticələr əldə olunub.

Qeyd edək ki, bitki–virus qarşılıqlı əlaqəsi zamanı bitkilərdə struktur-funksional dəyişikliklərin öyrənilməsi üzrə tədqiqatlar çox azdır.

Nüfuzlu Publ.med portalına düşən PPB  jurnalı Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının və Fransa Bitki Bioloqları Cəmiyyətinin rəsmi nəşridir. Jurnalda molekulyar səviyyədən başlayaraq, bütöv bitki və ekosistemlərə qədər bitkilərin biokimyası, fiziologiyası, quruluşu, bitki-mikrob əlaqələri haqqında nəzəri, eksperimental və texniki nəticələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: