Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib
04.11.2015 17:06
  • A-
  • A
  • A+

AMEA-nın nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il Fərmanı ilə təsdiq edilmiş AMEA-nın Nizamnaməsinin 1.10-cu və 3.0.6-cı bəndlərində AMEA-nın məqsədlərinə nail olmaq və əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün elmin ayrı-ayrı sahələrində əldə etdiyi nailiyyətləri və innovativ yenilikləri istehsalatın müxtəlif sahələrində təcrübədə tətbiq etməklə sahibkarlıq subyektlərini təsis etmək, elmi-istehsalat yönlü təcrübə-sınaq zavodları, müxtəlif yönlü təsərrüfat müəssisələri yaratmaq hüquqları təsbit edilmişdir. Nizamnamənin bu müddəalarına əsaslanaraq fəaliyyətinin səmərəli təşkili üçün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tabeliyində olan “Akademkitab” şöbəsini ləğv edərək, onun bazasında AMEA-nın elmi müəssisələrinin və digər qurumlarının nəşr etdirdikləri elmi, elmi-kütləvi və sair nəşrlərin təbliği, satışı və yayımı məqsədi ilə sahibkarlıq subyekti olan kommersiya qurumunun yaradılması zərurəti yaranmışdır.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, Rəyasət Heyətinin nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və Cəmiyyətin Nizamnaməsi təsdiq edilmişdir. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə filologiya üzrə elmlər doktoru Əliağa Cəfərov təyin edilmişdir.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: