Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

II Xüsusi şöbənin növbəti iclası keçirilib
05.11.2015 10:04
  • A-
  • A
  • A+

II Xüsusi şöbənin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi. Tədbiri giriş sözü ilə II Xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq Akademiyanın institut və təşkilatlarının Mülki müdafiə (MM) qərargah rəislərini gündəlikdəki məsələlərlə tanış etdi. İlk olaraq qərargah rəislərini Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri münasibətilə təbrik etdi, seçkilərin müvəffəqiyyətlə keçdiyini və beynəlxalq müşahidəçilərin bununla bağlı söylədiyi fikirlərin həqiqətə uyğun olduğunu seminar iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə ölkə üçün əhəmiyyət kəsb edən mövzular ətrafında məruzələrin hazırlandığı, MM qərargah rəislərini maarifləndirmək məqsədilə mütəmadi aktual mövzulara müraciət edildiyi, məlumatlandırma xarakterli geniş müzakirələrin təşkil olunduğu vurğulandı.

Eldar Quliyev bildirdi ki, AMEA-nın elmi müəssisələrinin MM tədris ili üçün başlıca diqqət ayırdığı istiqamətlər Akademiyada çalışan əməkdaşların mülki müdafiəyə hazırlığında ehtimal olunan fövqəladə halların təsirindən qorunması üçün profilaktik tədbirlərin həyata keçirilməsi və bununla bağlı maarifləndirmə işlərinin gücləndirilməsidir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin "AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını xatırladan Eldar Quliyev yubileyin yaxın günlərdə qeyd olunacağını və bu münasibətlə II Xüsusi şöbənin bir sıra tədbirlər həyata keçirdiyini nəzərə çatdırdı.

Sonra iyun-oktyabr aylarında institut və təşkilatlarda rəhbər heyətin MM məşqləri barədə İkinci xüsusi şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov məlumat verdi. Ə.Məhəmmədov fövqəladə hadisələr zamanı əməkdaşların mühafizəsi, rəhbər heyətin, komandir-rəis heyətinin Mülki müdafiə qüvvələrinin hazırlanması məqsədilə elmi müəssisələrdə keçirilən MM məşqləri barədə danışdı. Vurğuladı ki, Tədbirlər planına əsasən yerlərdə təşkil olunan mülki müdafiə, xəbərdarlıq və toplanış məşqləri lazımi səviyyədə aparılıb.

Tədbirdə bir sıra fikirlər səsləndirildi, o cümlədən suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: