Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.11.2015 16:17
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyi münasibətilə yeni nəşrlər çap olunub

AMEA-nın 70 illik yubileyi münasibətilə yeni nəşrlər çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə "Azərbaycan Milli Elmlər Akademiyası - 70" adlı kitab və "Azərbaycan Milli Elmlər Akademiyası" adlı prospekt çapdan çıxıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın “Elm” nəşriyyatında işıq üzü görən nəşrlər oxuculara Azərbaycan dilində təqdim edilir.

1000 nüsxə tirajla çap olunan "Azərbaycan Milli Elmlər Akademiyası - 70" kitabı 490 səhifədən ibarətdir. Kitabın birinci səhifəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı öz əksini tapıb. Növbəti səhifələrdə Ümummilli lider Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin Azərbaycan elmi və AMEA haqqında fikirləri qeyd olunub. Həmçinin kitabda AMEA prezidenti, akademik Akif Əlizadənin ön sözü yer alıb. Nəşrdə institut və təşkilatların fəaliyyət istiqamətləri, son 70 ildə əldə olunan nailiyyətləri, beynəlxlaq elmi əlaqələrindən bəhs edilir. Kitabın sonunda AMEA-nın mühüm hadisələr salnaməsi yer alıb.

Yubiley münasibətilə hazırlanan AMEA-nın prospektində Akademiyanın institut və təşkilatları haqqında qısa məlumatlar əks olunub. Nəşr 120 səhifədən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: