Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA və Polşa nümayəndə heyətləri arasında görüş keçirilib
16.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA və Polşa nümayəndə heyətləri arasında görüş keçirilib

Varşavada (Polşa) AMEA prezidenti, akademik Akif Əlizadə, III katib Samir Rzayev və Dinara Abbasova Nüvə Kimyası və Texnologiyası İnstitutunun (NKTİ) direktoru, prof. Andrey Xmielevski,Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlıq üzrə Mərkəzinin direktoru prof. Jimek Zbiqniev və Voyçex Qluşevski ilə görüşüb.

Görüş çərçivəsində qonaqlara qabaqcıl texnologiyalar, institutun nüvə təhlükəsizliyi, radiasiya tədqiqatları, həmçinin nüvə tibbi sahəsində əldə etdiyi metod və nailiyyətləri təqdim olunub.

Görüşdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müxtəlif layihələrində AMEA-nın iştirakı, mədəni irs obyektlərinin qorunması, diaqnostikası və saxlanması üçün nüvə texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub. Həmçinin, AMEA-nın NKTİ və mərkəzlə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

AMEA rəhbəri, həmçinin mərkəzin laboratoriyaları ilə tanış olub və 2014-cü ildə Varşavada keçiriləcək beynəlxalq konfransda iştirak üçün dəvət alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: