Noyabrın 22-də AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Böyük Lüksemburq Hersoqluğuna səfər edəcək.
Altı gün davam edəcək səfərdə məqsəd Lüksemburq şəhərində keçiriləcək GEANT Assosiasiyası Baş Assambleyasının və EaPConnect layihəsinin növbəti iclaslarında, Avropa Birliyinin dəstəyi ilə Lüksemburq Universitetində təşkil edilən “Elektron infrastrukturların əsasları” mövzusunda konfransda iştirak etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir