Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda yeni 2 növ iynəcə aşkar olunub
13.11.2015 16:29
  • A-
  • A
  • A+

Azərbaycanda yeni 2 növ iynəcə aşkar olunub

AMEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə elmlər doktoru Nataliya Sneqovaya Balakən rayonu və Naxçıvan Muxtar Respublikasında apardığı tədqiqatlar nəticəsində elm üçün yeni 2 növ iynəcə (Cordulegaster plagionyx Skvortsov & Snegovaya 2015 və C.nachitischevanica Skvortsov & Snegovaya 2015) aşkar edib.

Bundan başqa, alim tərəfindən aparılan araşdırmalarda Azərbaycan faunası üçün yeni olan 13 növ iynəcə (Lestes dryas, L.sponsa, L.virens, Coenagrion hastulatum, C.lunulatum, C.ornatum, C.pulchellum, Aeshna affinis, Brachytron pratense, Cordulegaster picta, Somatochlora flavomaculata, Sympetrum flaveolum, S.vulgatum) qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: