Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondları nadir eksponatlarla zənginləşir
18.11.2015 13:31
  • A-
  • A
  • A+

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondları nadir eksponatlarla zənginləşir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondları nadir eksponatlarla zənginləşir.

Həmin materiallar sırasında XVII-XX əsrlərə aid 15 nadir əlyazma kitabı xüsusi yer tutur. XVIII əsrdə Azərbaycanda ərəb dilində yazılmış Qurani-Kərim, Nizami Gəncəvinin XIX əsrin sonlarına aid miniatür cildli “Xəmsə”si, XX əsrin əvvəllərində Məhəmməd Füzulinin əski türk dilində çap olunmuş “Divan”ı, Nəsirəddin Tusinin ərəb dilində nəsx xətlə yazılmış “Bəyani mərifəti iman və islam” adlı kitabları Azərbaycanda mədəniyyətin, o cümlədən xəttatlığın yüksək səviyyəsini əyani nümayiş etdirir.

Üz qabığı və vərəqləri yararsız vəziyyətə düşmüş bu kitabların elmi bərpası üzrə işlərin muzeyin bərpa laboratoriyasında UNESCO-nun tarixi əlyazmaların bərpası üzrə məsləhətçisi Stavros Andreounun rəhbərliyi ilə aparılması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: