Son illər baş verən dəyişikliklər göz önündədir. Əbəs yerə deyil ki, bu il Davos İqtisadi Forumu qlobal rəqabətə davamlılıq indeksi üzrə dünyanın 200 dövləti arasında Azərbaycanı 40-cı yerdə, MDB ölkələri sırasında isə 1-ci yerdə qərarlaşdırıb. Müasirləşmiş Bakıya turist axını günü-gündən artmaqdadır. Şəhər köhnə binaların bərpa edilməsi, qeyri-adi memarlıq üslubuna malik tikililərin, Dənizkənarı Milli Parkın ecazkarlığı sayəsində çox gözəlləşib. Gecələr isə binaların, küçələrin və meydanların işıqlandırılması şəhərə xüsusi cazibədarlıq verir...