www.science.az
23.11.2015 16:49

Akademik Mikayıl Hüseynovun 110 illik yubileyi qeyd ediləcək

Noyabrın 25-də saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Memarlıq İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə və başqaları çıxış edəcəklər.

Ünvan: Bakı ş., H.Cavid pr., 115 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir