Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Risalə. Araşdırmalar toplusu” kitabının IX cildi işıq üzü görüb
12.12.2013 00:00
  • A-
  • A
  • A+

“Risalə. Araşdırmalar toplusu” kitabının IX cildi işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən “Risalə. Araşdırmalar toplusu” kitabının IX cildi nəşr olunmuşdur.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur.

Qeyd edək ki, muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir. Məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir. Toplunun IX cildində dərc edilən yazılar ən qədim və müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük aktuallıq kəsb edən problemlərini əhatə edir.

Muzeyin əməkdaşlarının məsul yaradıcılıq laboratoriyası olan “Risalə” mütəxəssislər, ali məktəb tələbələri, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. “Risalə” araşdırmalar toplusu Nizami muzeyinin ərsəyə gətirdiyi özünəməxsus tədqiqat topluları “Xəmsə”sinə daxil olan “Şərq”, “Məclis”, “Xəzinə”, “Qaynaq” məcmuələr silsiləsindəndir və Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlər sırasında yer almaqdadır.

Nəşrin redaksiya heyəti filologiya elmləri doktorları Kamil Allahyarov, Xatirə Bəşirli, Şəfəq Əlibəyli, Sabir Əmirov və Aidə Qasımovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: