Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şəhriyar və zəmanəmiz” kitabı çapdan çıxıb
27.11.2015 13:13
  • A-
  • A
  • A+

“Şəhriyar və zəmanəmiz” kitabı çapdan çıxıb

Tanınmış şərqşünas və tərcüməçi, AMEA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Şəhriyar və zəmanəmiz” adlı yeni kitabı çapdan çıxıb.

Yeni nəşrə alimin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazdığı məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilib.

Kitabda Şəhriyarın fəlsəfi dünya görüşünün əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanır, onun XX əsr İran şeirində müstəsna yerini şərtləndirən amillər müəyyən edilir. Şəhriyar poeziyasının tərcüməsi məsələləri də kitabda geniş yer tutur.

Nəşrin redaktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov “Şəhriyar şeirinə yeni baxış” adlı ön sözündə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin Şəhriyar yaradıcılığına dair tədqiqatlarının elmi-ədəbi dəyərini vurğulayıb, onun araşdırma predmetinə özünəməxsus və fərqli yanaşmasını ayrıca qeyd edib.

Kitab şərqşünas və ədəbiyyatşünaslar, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: