Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2015 09:03
  • A-
  • A
  • A+

AMEA ilə Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

AMEA ilə Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü çərçivəsində Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi baş tutub.

“Azərbaycan Milli Elmlər Akademiyası, AR Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıblar.

Görüşdə, həmçinin elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: