Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qədim miniatür sənətinə dair tədbir keçirilib
30.11.2015 10:04
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qədim miniatür sənətinə dair tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəyərli sənət nümunələri içərisində Təbriz, Marağa rəssamlıq məktəblərinə mənsub nəfis miniatürlər hər zaman diqqəti cəlb edir.

Muzeyin ənənəvi elmi seminar məşğələlərindən daha biri məhz qədim miniatür sənəti haqqında olub.

Orta əsrlərdə Yaxın Şərqin digər ölkələrində olduğu kimi, Azərbaycanda da mədəniyyətin inkişafına, dünyəvi ədəbiyyata və incəsənətə maraq əlyazma kitablarına bədii tərtibat verilməsi və illüstrə edilməsi ehtiyacını doğurmuşdu. Məruzəçi – muzeyin Elmi inkişaf və tədris layihələri şöbəsinin elmi işçisi Tutu Məmmədova da çıxışında dünyanın müxtəlif muzey və kitabxanalarında qorunun “Şahnamə”, “Came ət-təvarix”, “Xəmsə”, “Vərqa və Gülşa” kimi əlyazmalarını bəzəyən zərif miniatürlər haqqında ətraflı məlumat verib, Təbriz rəssamlıq məktəbinin məşhur rəssamlarından olan Soltan Məhəmmədin dövrü, şəxsiyyəti, yaradıcılığı ilə muzey əməkdaşlarını tanış edib.

Tədbir Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Nəzmiyyə Yigitoğlu, Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçiləri Məlahət Kələntərli və Törə Hüseynovanın sual və çıxışları ilə davam edib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: