Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2015 12:04
  • A-
  • A
  • A+

Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şuranın ilk iclası keçirilib

Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şuranın ilk iclası keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Respublika Elm Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə” Elmi Şurasının ilk iclası keçirilib.

Tədbirdə AMEA və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzini (AEİMM) təmsil edən və müvafiq elm sahələrində fəaliyyət göstərən tanınmış alimlər iştirak ediblər.

GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə keçirilən iclasda aqrar elmin prioritet problemləri, Elmi Şuranın əsasnaməsi çərçivəsində qarşıda duran vəzifələr, Şuranın seksiyalarının və işçi qrupunun təşkili, AMEA-nın və AEİMM-in tabeliyində olan elmi tədqiqat müəssisələrin mövzu planları, dissertasiya mövzuları və s. məsələlər müzakirə olunub.

Tədbirdə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müəyən edilmiş Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritet istiqamətləri, alimlər qarşısında qoyduğu və həyata keçirilməsi zəruri olan mühüm vəzifələr və AMEA Rəyasət Heyətinin həmin prioritet və vəzifələrin icrası ilə bağlı 18 noyabr 2015-ci il tarixli qərarı müzakirə edilib və bu məsələ ilə bağlı qərar qəbul edilib.

İclasda, həmçinin Şuranın növbəti toplantısının Gəncə şəhərində regionda yerləşən elmi tədqiqat və ali təhsil müəssisələri ilə birgə keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: