Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Radiasiya tədqiqatları” beynəlxalq jurnalının növbəti nömrəsi nəşrə hazırlanır
02.12.2015 14:53
  • A-
  • A
  • A+

“Radiasiya tədqiqatları” beynəlxalq jurnalının növbəti nömrəsi nəşrə hazırlanır

AMEA Radiasiya Problemləri İnstitutunun “Radiasiya tədqiqatları” (“Journal of Radiation Researches”) beynəlxalq jurnalının növbəti nömrəsi nəşrə hazırlanır.

Jurnala radiasiya və nüvə tədqiqatları sahəsində əldə edilən nəticələrə aid elmi məqalələr qəbul olunur.

Beynəlxalq jurnal ötən ildən etibarən ildə iki dəfə AMEA-nın Radiasiya Problemləri İnstitutu tərəfindən ingilis dilində nəşr edilir. Nəşrin beynəlxalq standart seriya nömrəsi vardır (İSSN 2312-3001).

Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.

Jurnal onlayn və çap olunmuş şəkildə buraxılır. Onlayn versiya ilə http://www.irp.science.az/?l=/journals/lang,en/ linkində tanış olmaq mümkündür. Məqalələrin çap olunması qaydaları jurnalin dördüncü səhifəsində verilib. Məqalələr Radiasiya Problemləri İnstitutunun beynəlxalq layihələr və informasiya şöbəsinə təqdim olunmalıdır.

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9.

Əlaqə nömrəsi : (+994 12) 538 32 24, dax.132

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: