Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək
02.12.2015 15:18
  • A-
  • A
  • A+

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Dekabrın 4-də saat 11:00-da “Monolit Plaza” otelində AMEA-nın İnsan Hüquqları İnstitutu və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə “İşğal altındakı Azərbaycan ərazilərində xristian və İslam dini abidələrinin qəddarlıqla məhv edilməsi”, “Udinlər və Azərbaycanın multikultural mühitində Alban kilsəsi”, “İnsan hüquqlarının davamlı pozulması: Cənubi Afrikada aparteid siyasəti və Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda ərazi işğalı məsələləri arasında oxşarlıq”, “1918-ci ilin mart soyqırımında Bakıda və Azərbaycanın başqa ərazilərində məhv edilən tarixi abidələr” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: