Məlum olduğu kimi, dekabrın 16-da AMEA Rəyasət Heyətində Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsisçilərindən biri, akademik Mustafa Topçubaşovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək.
Bu gün AMEA Rəyasət Heyətində tədbirin təşkili ilə əlaqədar yaradılmış işçi qrupun iclası keçirildi. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev yubiley tədbirinin əhəmiyyətini vurğulayaraq fəaliyyət planının hazırlandığını diqqətə çatdırdı. Alim görülən işlərin icra vəziyyəti, təqdim olunacaq məruzələr və digər elmi-təşkilati məsələlərlə bağlı məlumat verdi. Həmçinin yubileyə hazırlıq işlərinin sürətləndirilməsi ilə bağlı işçi qrupa təklif və tövsiyələrini bildirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir