Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın  “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi “Elm” Nəşriyyatı adlandırılıb
09.12.2015 17:45
  • A-
  • A
  • A+

AMEA-nın “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi “Elm” Nəşriyyatı adlandırılıb

AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının nəzdində yaradılmış “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi AR Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli qərarında “Elm” Nəşriyyatı kimi qeyd olunmuşdur. Sözügedən idarənin adının Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturunun 2.46-cı yarımbəndinə uyğunlaşdırmaq məqsədi ilə AMEA Rəyasət Heyətinin bugünkü iclasında bir sıra qərarlar qəbul edilib. Belə ki, AMEA Rəyasət Heyəti aparatının nəzdində yaradılmış “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi “Elm” Nəşriyyatı adlandırılıb. Nəşriyyatın direktoru vəzifəsinə Hafiz Abıyev təyin edilib. Digər bir qərarla AMEA Rəyasət Heyətinin “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi “Elm” Nəşriyyatının tabeliyinə verilib.

Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: