Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri” kitabı nəşr olunub
10.12.2015 09:08
  • A-
  • A
  • A+

“Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri” kitabı nəşr olunub

AMEA Şərqşünaslıq İnstitutunda “Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri” kitabı çapdan çıxıb. İnstitutun elmi katibi Səbinə Səlimovanın bu monoqrafiyasında ilk dəfə ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlarla şərh edilərək təsbit olunur.

Kitab giriş, dörd fəsil, nəticə, ədəbiyyat siyahısı və adlar göstəricisindən ibarətdir. Birinci fəsildə ilkin Abbasilər dövründə xilafətin ictimai-siyasi və mədəni həyatına qısa nəzər salınır. Digər fəsillərdə ərəb folklorunda ilkin Abbasi xəlifələrinin təsviri verilir. XIX əsr ərəb bədii romanlarında ilkin Abbasilərin təsviri təqdim olunur. Burada Səlim əl-Bustaninin yaradıcılığı və “Budur” romanı, həmçinin Cəmil əl-Mudauvarın yaradıcılığı və “Hadaratu-l-islam fi dər əs-Səlam” romanı araşdırmaya cəlb edilib. XX əsrin əvvəllərində ərəb bədii nəsrində ilkin Abbasi xəlifələrinin təsviri verilən dördüncü fəsildə isə Circi Zeydan və onun Abbasilər dövründən bəhs edən tarixi romanlarından danışılır, bədii nəsrdə saray şairlərinin obrazları təqdim edilir. Eyni zamanda, Bərməki vəzirlərinin saray həyatındakı rolu və süqutunun təsviri verilir, xəlifələrin ov və digər əyləncə səhnələrindən söz açılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: