Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” işıq üzü görüb
10.12.2015 10:12
  • A-
  • A
  • A+

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” işıq üzü görüb

Son illər nitq texnologiyaları sahəsində sürətli inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə səbəb olub. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb. Belə bir lüğətin ərsəyə gəlməsi nitq texnologiyaları və nitq siqnallarının rəqəmsal emalı sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsi məqsədi daşıyır.

Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır, elmi redaktoru isə institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.

Lüğətdə nitq siqnallarının rəqəmsal emalı və nitq texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən terminlər toplanıb. Lüğətdəki sözlər nitq texnologiyalarının əsas istiqamətlərini əhatə edən müvafiq mövzular üzrə təqdim olunub. Nitq siqnallarının rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi, səsə görə şəxsin tanınması üzrə terminlər haqqında ətraflı məlumat verilib.

Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: