Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı monoqrafiya çapdan çıxıb
10.12.2015 13:05
  • A-
  • A
  • A+

“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı monoqrafiya çapdan çıxıb

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı, professor Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada iqtisadi nəzəriyyənin və praktikanın tələbləri baxımından vahid iqtisadi siyasət çərçivəsində ölkənin mövcud milli iqtisadi inkişaf modeli təhlil edilir. Əsərdə neft-qaz hasilatının stabillik dövrü üçün iqtisadi inkişaf modelinin əsaslandırılmış konsepsiyası, məqsədi, davamlı və tarazlı iqtisadi inkişafın istiqamətləri öz əksini tapıb.

Yeni nəşrin elmi redaktoru AMEA müxbir üzvü Ağasəlim Ələsgərov, rəyçiləri professorlar Müşfiq Atakişiyev və İrşad Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: