AMEA Polimer Materialları İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər “Patent tədqiqatları və innovasiya”, “Polimer materiallarının fiziki-mexaniki tədqiqatları”, “Beynəlxalq/ictimaiyyətlə əlaqələr və qrant layihələri” şöbələri üzrə şöbə müdiri, “Xüsusi təyinatlı oliqomerlər və polimerlər” laboratoriyası üzrə aparıcı elmi işçi və “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası” üzrə böyük elmi işçi vəzifələrinə bir yerdir.
Müsabiqədə fəlsəfə və elmlər doktorları, yuxarıda göstərilən elm sahələrində təcrübəsi olan elmi işçilər iştirak edə bilər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi 124.
Telefon:(018) 642 00 75, (012) 497 60 38
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir