Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bakı, Şirvan, Quba xalçaları” kataloqu işıq üzü görüb
20.12.2013 00:00
  • A-
  • A
  • A+

“Bakı, Şirvan, Quba xalçaları” kataloqu işıq üzü görüb

“Bakı, Şirvan, Quba xalçaları” adlı kataloq işıq üzü görüb. Yeni kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin nəşridir.

Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovadır. Kataloq iki dildə çap olunub.

Muzeyin kolleksiyasında qorunan Bakı, Şirvan, Quba xalçalarına həsr edilmiş və gələcəkdə nümunə olaraq istifadə ediləcək müfəssəl təsnifatlı nəşr muzey tərəfindən ilk dəfə həyata keçirilir.

Kataloqda Muzeyin kolleksiyası barədə qısa informasiya verilir, kataloqa daxil olan hər eksponatın toxunma tarixi ilə yanaşı, digər məlumatlar göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: