Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qəhvə beynin strukturunu dəyişir
16.12.2015 10:13
  • A-
  • A
  • A+

Qəhvə beynin strukturunu dəyişir

Stenford Universitetinin bir qrup alimi yeni tədqiqat zamanı beynin indiyə qədər məlum olmayan maraqlı xüsusiyyətini üzə çıxarıb. Məlum olub ki, qəhvə baş-beyində neyronlararası əlaqələrə qeyri-adi təsir göstərir.

Ekspertlər tədqiqat çərçivəsində daim qəhvə içən adamların baş-beyninin fəaliyyətini 18 ay ərzində MRT-nin köməyi ilə müşahidə ediblər. Bu metod beynin müxtəlif şöbələri arasındakı əlaqələrdə qəhvə içilməsi ilə bağlı dəyişiklikləri aşkar etməyə kömək edib. Tədqiqatların nəticələrini təhlil edən alimlər müəyyən ediblər ki, orqanizmdə kofeinin konsentrasiyası az olduqda, baş-beynin motor və somatosensor şəbəkəsi arasında əlaqə yetərincə güclü, kofeinin konsentrasiyası çox yüksək olduqda isə zəifləyir.

Mütəxəssislər qeyd edirlər ki, xarici qıcıqlandırıcıların xassələrinin müəyyən olunmasına somatosensor zona nəzarət edir. Bu, insana ağrını, temperaturu hiss etmək və cavab reaksiyası vermək imkanı verir. Əzələlərin yığılmasına beynin motor şəbəkəsi nəzarət edir. Bu da müxtəlif incə hərəkətlər etməyə, məsələn, yazı yazmağa, danışmağa, pianoda çalmağa və s. imkan verir.

Alimlər baş beyindəki əlaqələr ilə kofein arasındakı korrelyasiyanın müsbət və ya mənfi olduğunu əminlik hissi ilə deyə bilmirlər. Onlar yaxın vaxtlarda bu problemi nevrolojı, habelə beynin müxtəlif şöbələri arasındakı əlaqələrin pozulmasından əziyyət çəkən pasiyentlərdə öyrənməyi planlaşdırırlar.

www.iiomonline.com

 

  • Paylaş: