Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Şəkidə tanınmış şair Vaqif Aslanın 65 illik yubileyi qeyd edilib
17.12.2015 09:54
  • A-
  • A
  • A+

Şəkidə tanınmış şair Vaqif Aslanın 65 illik yubileyi qeyd edilib

Dekabrın 17-də AMEA Şəki Regional Elmi Mərkəzində Şəki ədəbi mühitinin görkəmli nümayəndəsi, Bəxtiyar Vahabzadə məktəbinin layiqli davamçısı, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, AMİ Şəki filialının baş müəllimi, tanınmış şair Vaqif Aslanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yığıncağı giriş sözü ilə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq tanınmış şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra cıxış edən Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov və Mərkəzin əməkdaşı Reyhan Məcidova şairi 65 illik yubileyi münasibətilə təbrik etdilər.

Daha sonra “Mədəniyyət qalası” qəzetinin şair üçün hazırladığı Fəxri fərman yubilyara təqdim edilib.

Tədbirdə, həmçinin şairin qələm dostları Bəhram Məmmədov, Ağa Ramazan, Elçin Abdullayev və Ələsgər Davudoğlunun çıxışları xüsusi maraqla qarşılanıb. "Respublika" qəzetinin bölgə müxbiri İlham Pənahlı, Avropa Nəşr və Mətbu evinin əməkdaşları Mətanət Riqqət, Sədaqət Mirzə də şairi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. 

Sonda çıxış edən Vaqif Aslan yubiley tədbirinin təşkilinə görə ŞREM-in kollektivinə öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: