Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-da aqrar sektorun inkişafı istiqamətində işlər gücləndirilir
18.12.2015 17:21
  • A-
  • A
  • A+

AMEA-da aqrar sektorun inkişafı istiqamətində işlər gücləndirilir

Ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan hazırda sosial-iqtisadi, ictimai-siyasi və mədəni quruculuq sahələrində sürətlə irəliləməkdə, regionun lider dövlətinə çevrilərək sivil dünyaya inteqrasiya olunmaqdadır. Bu sürətli inkişafın əsasında ölkəmizin təbii resursları ilə intellektual potensialının vəhdəti, maddi kapitalı insan kapitalına çevirmək strategiyası dayanır. Belə bir şəraitdə milli intellektual potensialın əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yubileyi böyük məna kəsb edir, şərəfli keçmişə hörmət və ehtiramla yanaşı, ümummilli inkişafın gələcək strateji oriyentirləri üzərində düşüncələrə rəvac verir. AMEA ölkəmizin intellektual potensialının möhkəmlənməsinə və kadr hazırlığı işinə çox dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 yanvar tarixli 988 nömrəli Sərəncamı ilə, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir. AMEA-nın institutlarının respublika ərazisindəki elmi-tədqiqat sahələrində akademiyanın alım və mütəxəssisləri tərəfindən elmi tədqiqat işləri yerinə yetirilir, təcrübələr qoyulur. Eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi də diqqət mərkəzində saxlanılır.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan etmişdir. İqtisadiyyatımızın elmi əsaslar üzərində inkişaf etdirilməsi icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan alimlərinin, AMEA-nın da bu işlərə çox fəal qoşulması tövsiyə olunmuşdur.

21-22 noyabr 2015 ci il tarixlərində Rəyasət Heyəti aparatının və bir sıra elmi-tədqiqat institutlarının əməkdaşları ilə birgə AMEA-nın institutlarının respublikanın müxtəlif bölgələrində yerləşən, elmi-tədqiqat işlərinin həyata keçirildiyi təcrübə dayaq məntəqələrinə səfər etmiş, Botanika İnstitutunun Kürdəmir və Zaqatala, Zoologiya İnstitutunun Ağsu və Mingəçevir, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar, Genetik Ehtiyatlar İnstitutunun Ağdaş və Şəki, Şəki Regional Elm Mərkəzinin Şəki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zaqatala rayonları ərazisindəki dayaq məntəqələrində olmuşdur. Məntəqələrin inzibati binalarının maddi-təchizat vəziyyəti, elmi-tədqiqat sahələrində aparılan işlər, kənd təsərrüfatı texnika və avadanlıqları ilə təminat, suvarma suyunun ərazilərə gəlib-gəlməməsi məsələləri ilə yaxından tanış olunmuşdur. Mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində yerində müzakirələr aparılaraq təklif olunmuşdur ki, institutun ştat vahidləri hesabına dayaq məntəqəsinin işçilərinin sayı artırılsın. Ərazidə tingçilik, şitilçilik, bağçılıq istiqamətli tədqiqatlar genişləndirilsin. Rəqabət qabiliyyətli məhsulların istehsalı hədəf olaraq müəyyənləşdirilsin və satışdan əldə olunacaq vəsait məntəqənin inkişafına sərf olunsun.

Qeyd etmək lazımdır ki, uzun müddət diqqətdən kənarda qalmış torpaq sahələri ətrafda yaşayan əhali tərəfindən zəbt olunmuş, əkilib becərilmişdir. Dayaq məntəqələrinin İşlər İdarəsinin hesabına, kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün (şumlama, əkin, hazır məhsulun toplanması, daşınması, emalı) lazım olan maddi-texniki baza ilə təmin olunacağı bildirilmişdir. Beynəlxalq təcrübəyə əsaslanmaqla, təhlil və hesabatlılığı təmin etmək, idarəetmədə səmərəliliyin artırılması üçün AMEA-nın istifadəsində olan bütün ərazilərin torpaqlarının sərhədləri, kəmiyyət, keyfiyyət göstəriciləri, kənd təsərrüfatı yerləri (uqodiyalar), bitki örtüyünün, kənd təsərrüfatına xidmət edən infrastrukturun coğrafi məlumat bazasının yaradılmasına çox böyük ehtiyac yaranmışdır.

Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq, AMEA-nın Elmi Müəssisələrinin Direktorlar Şurasına və AMEA rəhbərliyinə müvafiq təkliflər paketi təqdim olunmuşdur.

 Fətəli Abdullayev, AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: