Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Professor Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçiriləcək
22.12.2015 13:43
  • A-
  • A
  • A+

“Professor Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçiriləcək

Dekabrın 24-də 2015-ci il saat 12.00-da AMEA-nın İnsan Hüquqları İnstitutunda “Prof. Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, sözügedən bu mükafat AMEA-nın İnsan Hüquqları İnstitutu və Prof. R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il ənənəvi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişənin özəyini dünya birliyinə düzgün şəkildə, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.

Ünvan: Bakı şəhəri, H.Cavid 31, İnsan Hüquqları İnstitutu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: