Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Ağıllı” bint yaraya özü qulluq edir
28.12.2015 15:23
  • A-
  • A
  • A+

“Ağıllı” bint yaraya özü qulluq edir

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları içərisində elektronika və dərman olan yeni bint növü yaradıblar. Bu bintlər yaraya insanın köməyi olmadan qulluq edir.

Hidrogeldən düzəldilən möhkəm bint yetərincə elastikdir, hətta dizdə və dirsəkdə olduğu halda hərəkətləri məhdudlaşdırmır. Onun içində innovasiyalı ötürücülər var. Onlar dərinin temperaturuna nəzarət edir və avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır.

90 faiz sudan ibarət olan hidrogel insan dərisinin xüsusiyyətlərini təkrar edir. Gel titan, alüminium, silikon, keramika, qızıl kimi materiallarla və adətən elekton komponentlərin hazırlanmasında istifadə olunan başqa maddələrlə güclü qarşılıqlı əlaqə yaradır. Gelin içərisindən keçib gedən titan tellər binti cərəyan keçirən edir, onun içinə elektron qurğular, məsələn, yarımkeçirici çiplər yeritməyə imkan verir. Onun içərisində işiq diodları da quraşdırılıb. Yaranın temperaturu müəyyən həddə çatanda və ya dərman bitəndə bu diodlar yanmağa başlayır. Təcili ixtisaslı yardım tələb olunanda bint uzaq məsafədən həkimi xəbərdar edə bilir.

Yeni bintin müəllifi Szuanxe Cjao ağıllı gelə bənzər elastik, orqanik elektronika hazırlamağa ümid bəsləyir. Bu vasitəni bədənə, hətta implantasiya etmək mümkün olacaq.

Qeyd edək ki, “ağıllı” binti ilk növbədə daim tibbi nəzarət tələb edən və infeksiya riskinin yüksək olduğu yanıqlar üzərində sınaqdan keçirəcəklər.

www.popularmechanics.com

  • Paylaş: