Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Avropanın qabaqcıl elm mərkəzlərinin fəaliyyəti ilə tanış olublar
23.12.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Avropanın qabaqcıl elm mərkəzlərinin fəaliyyəti ilə tanış olublar

AMEA Geologiya İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və “Quyuların qazılması” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Avropanın qabaqcıl elm mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.

Rumıniyanın “OMV Petrom SA” şirkətinin neftqazçıxarma üzrə direktoru Heninq Qrotkopun dəvəti ilə Buxarestdə olan azərbaycanlı alimlər institutda əldə edilmiş elmi nəticələr haqqında məlumat veriblər. Geniş müzakirələrdən sonra “OMV Petrom SA” ilə birgə tədqiqatlar aparmaq təşəbbüsləri irəli sürülüb, bu istiqamətdə təkliflərin hazırlanması qərara alınıb.

Bundan əlavə, Rumıniya Elmlər Akademiyasının üzvü, professor Nikolas Anastasiyu və Neft-Qaz Ploieşti Universitetinin rektoru, professor Mihay Pasku Koloja ilə də görüşlər keçirilib. Geologiya və geofizika üzrə müxtəlif mövzular, yeni nəticələrin təhsildə tədrisi və birgə tədqiqatların aparılması imkanları müzakirə olunub.

Səfər çərçivəsində Hətəm Quliyev Ukrayna Milli Elmlər Akademiyası Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini professor A.V.Kendzera ilə də görüşüb. Görüş zamanı Azərbaycanda geofizika və seysmologiya üzrə maraq doğuran tədqiqatlara, nəhəng tikililərin seysmik dayanıqlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Moskvada səfərdə olan Qalib Əfəndiyev isə “Geotexnokin” Elmi-Texniki Mərkəzində elmlər doktorları – Tofiq Hismetov, Aleksandr Bernşteyn, həmçinin professor Aleksandr Qusman və başqa tanınmış alimlərlə görüşüb, burada quyuların qazılması sahəsində əldə olunmuş yeni nəticələr müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: