Folklor İnstitutunun şöbə müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoyun “Azərbaycan folklorunda şaman-qəhrəman arxetipi (“Əsli-Kərəm” və “Dədə Qorqud”)" kitabı işıq üzü görüb.
Kitabda Azərbaycan /Oğuz/ Türk etnokosmik düşüncəsinin əsas struktur modellərindən olan Şaman/Qəhrəman arxetipi “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” dastanının ikinci boyu əsasında bərpa olunub. Təhlil istisnasız olaraq mətn informasiyası üzərində aparılıb, mətnin verdiyi ritual-mifoloji informasiya kosmoloji düşüncənin arxetip, formul və sxemlərini indiki səviyyəsində rekonstruksiya etməyə imkan verib. Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... paradiqmaları əsasında buradakı bərpası və bunun tədqiqatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifologiyasının Azərbaycan folklor materiyası əsasında bərpası üçün geniş imkanlar açır.
Kitabın ekspert-rəyçisi prof. Ramazan Qafarlı, elmi redaktorları fil.ü.f.d. Hikmət Quliyev, fil.ü.f.d. Səfa Qarayev, rəyçiləri dos. Şakir Albalıyev və fil.ü.f.d. Emin Ağayevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir