Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

12.01.2016 11:49
  • A-
  • A
  • A+

Fiziklər rəqs edən kristalın mövcudluğunu irəli sürüblər

Fiziklər rəqs edən kristalın mövcudluğunu irəli sürüblər

ABŞ və Kanada alimləri elementləri fasiləsiz hərəkətdə olan kristalın mövcudluğunu proqnozlaşdırıblar.

Adi kristallar - atom və ya molekulları kristal qəfəsdə müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir. Burada atom və ya molekullar tarazlıq vəziyyəti ətrafında hərəkət etsələr də, orta hesabla statik (hərəkətsiz) vəziyyətdə olurlar.

Alimlər tərəfindən təqdim edilmiş şəkildə oxlar ikifəzalı kristalda hissəciklərin hərəkət istiqamətini göstərir.

İlk dəfə olaraq nəzəriyyəçi-fiziklər araşdırmalarında atom və ya molekulları öz fəza qəfəsində daim hərəkət edən yeni tip kristal barədə məlumat veriblər. Hissəciklərin yerdəyişməsi mütəşəkkil xarakter daşıyır. Bu da alimlərin xoreoqrafik adlandırdıqları yeni tip simmetriyanın yaranmasına gətirib çıxarır.

Təsvir edilmiş bu kristalın təbiətdə rast gəlinməsi mütəxəssislərə hələ də məlum deyil. Alimlərin fikrincə, bərk cisimlərdə atom və ya elektronların hərəkəti təxminən xoreoqrafiya simmetriyasına tabe ola bilər. Mütəxəssislər bunu difraksiya, xüsusilə də rentgen-struktur analizi metodlarının köməyi ilə yoxlamağı təklif edirlər.

www.techno.bigmir.net

  • Paylaş: