Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin  kolleksiyasına yeni etnoqrafik eksponat daxil olub
01.02.2016 17:31
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik eksponat daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinin  kolleksiyasına yeni daxil olmuş materiallardan  biri də  məişət mədəniyyətini özündə əks etdirən Avropa istehsalı çay dəstgahıdır.

15 hissədən ibarət olan çay dəstgahı XX əsrin əvvəllərində Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün Riqa şəhərinin Farfor fabrikindən sifariş olunmuş məhsullardandır. Dəstgahın əşyalarındakı detallar nazik qızılı zolaqla   haşiyələnmiş, hər birinin üzərində 4 növdə  Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunmuşdur.

Çay dəsti XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsini öyrənilməsi, xalqın məişətində müasirləşmənin sürətlənməsini izləmək üçün əhəmiyyətli materialdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: