Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

TX68 asteroidi bu ilin martında Yer kürəsinə yaxın məsafədən keçəcək
05.02.2016 14:29
  • A-
  • A
  • A+

TX68 asteroidi bu ilin martında Yer kürəsinə yaxın məsafədən keçəcək

Bu ilin martında həcmi kosmik ölçülərlə müqayisədə kiçik olan asteroid planetimizdən bundan əvvəl qeydə alınmış faktlarla müqayisədə daha yaxın məsafədən keçəcək.

Qeyd edək ki, sözügedən cisim bir neçə il öncə Yer kürəsinin yaxınlığından iki milyon kilometr aralıdan keçmişdi. Bu dəfə isə kosmik obyektin Yer kürəsiylə yaxınlaşma məsafəsi 17,7 min kilometr (11 min mil) təşkil edəcək.

Sıra nömrəsi TX68 olan astroid 2013-cü ildə qeydə alınıb. Perigey nöqtəsi cari ilin 5 mart tarixinə təsadüf edəcək kosmik obyektin ölçüləri 21‒52 metr, kütləsi isə təqribən 37 min ton təşkil edir. Asteroidin Yer kürəsinə qədər olan dəqiq məsafəsi hələlik məlum deyil. Hazırda NASA-nın astrodinamika sahəsindəki mütəxəssisləri bu hesablamalar üzərində işləyirlər.

NASA-nın Yerətrafı orbitdəki obyektlərin tədqiqi departamentindən (Near Earth Objects, NEOs) olan alimlər TX68 asteroidinin Yer kürəsinə heç bir təhlükə törətməyəcəyini və toqquşma riskinin olmayacağını bildiriblər.

www.3dnews.ru 

 

  • Paylaş: