Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb
11.02.2016 10:52
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitunun şöbə müdiri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun “Cinayət əməllərini istisna edən hallar (müasirlik və gələcəyə baxış konteksitində)” (“Obstoyatelstva, isklyuçayuşie prestupnost deyaniya (V kontekste sovremennosti i vzqlyada v buduşee”)  adlı monoqrafiyası Almaniyanın “Palmarium” nəşriyyatı tərəfindən alman və rus dillərində işıq üzü görüb.

Professor Mirağa Cəfərquliyevin elmi redaktoru olduğu yeni nəşrdə cinayət hüququnun əsas problemləri, cinayət əməllərini istisna edən halların tədqiqi və analizindən bəhs olunur.

Monoqrafiya ali məktəblərin hüquq fakültəsinin tələbələri, müəllimləri, doktorantları, həmçinin nəzəri problemlərlə maraqlananlar üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: