Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun arxivi institutun Data Mərkəzində yerləşdirilib
15.02.2016 11:37
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun arxivi institutun Data Mərkəzində yerləşdirilib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanmış böyük həcmli verilənlərin (Big Data) arxivi İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilib. Bunun üçün Data Mərkəzdə 15 Terabayt yaddaş resursu ayrılıb.

Arxiv 2003-2015-ci illərdə Azərbaycan Respublikasında baş vermiş bütün tektonik hərəkətlərin qeydiyyat məlumatlarından ibarətdir. Buraya zəlzələlərin maqnitudu, dalğa forması, intensivliyi, baş verdiyi məkan və zaman daxildir.

Zaman keçdikcə tədqiqat materiallarının bazasının həcminin artması nəticəsində məlumatların daha etibarlı serverdə saxlanması və verilənlərin sürətli emalı üçün Big Data texnologiyalarından istifadə edilməsi zərurəti meydana çıxır. Bu baxımdan büronun arxivinin Data Mərkəzdə yerləşdirilməsi baş verə biləcək mənfi halların (yaddaş resurslarının çatışmazlığı, məlumat itkisi və s.) qarşısının alınmasında mühüm rol oynayacaq. Həmçinin seysmoloji tədqiqat materiallarının emalı prosesinin sürətləndirilməsini təmin edəcək ki, bununla da tədqiqatların nəticələri daha tez əldə olunacaq.

AzScienceNet şəbəkəsi və Mərkəzin Zəlzələlərin tədqiqatı bürosu arasında əməkdaşlıq əlaqələrinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: