Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Azad Həmkarlar İttifaqının yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb
26.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib.

Tədbirdə Azad Həmkarlar İttifaqının (AHİ) sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda AHİ-nin yaradılmasının 20 illik yubileyinin keçirilməsi, AMEA prezidenti, akademik Akif Əlizadə ilə ittifaqın Rəyasət Heyəti üzvlərinin görüşünün nəticələri və s. məsələlər müzakirə edilib.

2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan AHİ-nin yaradılmasının 20 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb, müvafiq qərarlar qəbul edilib, bir sıra təkliflər səsləndirilib.

Tədbirdə, həmçinin AHİ qarşısında duran vəzifələr, akademiya əməkdaşlarının mənzil-məişət, sosial və digər problemləri ilə bağlı məsələlər də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: